Bakıda "Mercedes" yanıb
Bakı şəhərinin Sabunçu rayonunda minik avtomobili yanıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ümumi sahəsi 25 m² olan qarajın içərisində "Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Qaraj və yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.