qanun.info.az
qanun.info.az

İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb

İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb
17-01-2021, 11:20 35 dəfə baxılıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ayrı-ayrı vətəndaşlar tərəfindən evlərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qaraqaya kənd sakini A.Babayevdən "İJ”, həmkəndlisi V.Abbasovdan "Toz”, Buynuz kənd sakini E.Babayevdən və Diyallı kəndində yaşayan O.Baxışovdan "İJ” markalı qanunsuz saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb.

 

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA