qanun.info.az
qanun.info.az

Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb

Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb
30-08-2021, 10:03 38 dəfə baxılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan   verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Mingəçevir şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə dəfələrlə məhkum olunmuş Babək Muxtarov saxlanılıb.Şəxsi axtarış zamanı həmin şəxsdən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA