qanun.info.az
qanun.info.az

Göygöldə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

Göygöldə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub
12-09-2021, 12:42 28 dəfə baxılıb

Göygöl rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

 

Dayanma-durma qaydalarını kobud şəkildə pozan 32 sürücü barəsində inzibati protokollar tərtib olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA