qanun.info.az
qanun.info.az

Zaqatalada qaydaları pozan obyekt sahibləri cərimələnib

Zaqatalada qaydaları pozan obyekt sahibləri cərimələnib
12-09-2021, 12:48 41 dəfə baxılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi ilə əlaqədar keçirdikləri monitorinqlər zamanı bəzi obyekt sahibləri və icarədarlar tərəfindən qaydalara laqeyd yanaşıldığı aşkarlanıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən "Körpü” kafesində gələn müştərilərə xidmət edən işçilərin bir neçəsinin, eləcə də Əliabad qəsəbəsindəki kafelərin birində müştərilərin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkar edilmiş qayda pozuntuları ilə əlaqədar həmin obyekt sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA