qanun.info.az
qanun.info.az

Gədəbəydə karantin qaydaları ilə bağlı monitorinq keçirilib

Gədəbəydə karantin qaydaları ilə bağlı monitorinq keçirilib
7-11-2021, 12:01 30 dəfə baxılıb

Gədəbəy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ictimai nəqliyyat, yəni avtobus və taksilərin yoxlanılması ilə bağlı monitorinq keçirib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbirdə sürücülərin tibbi maskadan istifadə etməsinə, COVID-19 pasportunun olub-olmamasına diqqət edilib. Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud qaydaları anlayışla qarşılamalıdır, özünün və digər şəxslərin həyat və sağlamlıqlarına etinasız yanaşmamalıdır. Karantin qaydalararını pozan şəxslər barəsində inzibati protokol tərtib edilib.

Bundan başqa, RPŞ əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Moruxlu kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, kənd sakini 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA