qanun.info.az
qanun.info.az

Evdən çıxan koronavirus xəstəsinə cinayət işi başlanılıb

Evdən çıxan koronavirus xəstəsinə cinayət işi başlanılıb
15-11-2021, 14:18 19 dəfə baxılıb

Noyabrın 13-də və 14-də polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları "COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA