qanun.info.az
qanun.info.az

Füzulidə ata və azyaşlı qızı pomidor turşusundan zəhərləndi, ata öldü

Füzulidə ata və azyaşlı qızı pomidor turşusundan zəhərləndi, ata öldü
15-11-2021, 14:24 24 dəfə baxılıb

Füzuli rayonunda ata və qızı zəhərlənib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hadisə noyabrın 12-də baş verib.

Rayon sakinləri, 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və onun qızı 2011-ci il təvəllüdlü Aytac Mirzəyeva evlərində pomidor turşusundan zəhərlənib. Hər iki şəxs Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, vəziyyətləri ağırlaşan ata və qızı noyabrın 14-də Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

 

Həkimlərin səylərinə baxmayaraq, R.Mirzəyev dünyasını dəyişib. Qızı A.Mirzəyeva isə hazırda reanimasiyadadır.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-ə faktı təsdiqləyib. O bildirib ki, hazırda 10 yaşlı qızın vəziyyəti ağırdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA