qanun.info.az
qanun.info.az

Qanunsuz meşə materialı daşıyan şəxslər aşkarlanıb

Qanunsuz meşə materialı daşıyan şəxslər aşkarlanıb
19-11-2021, 10:31 28 dəfə baxılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunda 06-BD-998 dövlət nömrə nişanlı "Qazel”, Masallı rayonunda isə 01-BF-795 və 41-BB-269 dövlət nömrə nişanlı "UAZ” markalı nəqliyyat vasitələri ilə meşə materialının daşındığı müəyyən edilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Lənkəran rayon sakini Fərhad Hüseynov, Masallı rayon sakinləri Hamlet İmanov və Elvin Abbasovun idarə etdikləri avtomobillərin yük yerində ümumilikdə 7,98 kub.m həcmində qanunsuz yolla əldə olunmuş meşə materialının daşındığı məlum olub.

Hazırda işlər üzrə araşdırma davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA