qanun.info.az
qanun.info.az

Azərbaycanda qadın polkovnik-leytenant vəfat etdi

Azərbaycanda qadın polkovnik-leytenant vəfat etdi
19-11-2021, 10:42 25 dəfə baxılıb

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik-leytenant Təranə Məmmədova dünyasını dəyişib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə T.Məmmədovanın yaxınları məlumat verib.

Məlumata görə, T. Məmmədova bir müddət ağır xəstəlikdən əziyyət çəkirmiş. Mərhum polkovnik-leytenant bu gün səhər saatlarında dünyasını dəyişib. O Yasamal qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, T.Məmmədova 1992-2013-cü illərdə Daxili Qoşunlarda xidmət edib, sonuncu iş yeri Daxili Qoşunların Mətbuat xidmətinin rəhbəri olub. 2013-cü ildə o səhhəti ilə əlaqədar ehtiyata buraxılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA