qanun.info.az
qanun.info.az

Gəncədə dələduzluq və oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Gəncədə dələduzluq və oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
19-11-2021, 10:44 25 dəfə baxılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində dələlduzluq və oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, Arzu Puşkarov cari ilin müxtəlif vaxtlarında 10-a yaxın taksi sürücüsündən pul xırdalamaq adı ilə vətəndaşların edimadından sui-istifadə edərək onların pulunu dələduzluq yolu ilə mənimsəyib. Bundan başqa saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun ümumilikdə 5 vətəndəşa məxsus evdən su mühərrikini oğurlması məlum edilib.

Hazırda onun digər anoloji cinayətlər törətməsi istisna edilmədiyindən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA