qanun.info.az
qanun.info.az

Lənkəranda 8 mağazadan oğurluq edən şəxs saxlanılıb

Lənkəranda 8 mağazadan oğurluq edən şəxs saxlanılıb
19-11-2021, 10:50 26 dəfə baxılıb

Lənkəranda mağazalardan oğurluq edən rayon sakini saxlanılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini V.Heydərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə V.Heydərovun oğurluq əməllərinin də üstü açılıb. Belə ki, onun ayrı-ayrı vaxtlarda rayon ərazisindəki 8 mağazadan ümumilikdə 4000 manata yaxın dəyəri olan məişət əşyaları, tütün məmulatları, spirtli içkilər, nağd pul və sair oğurladığı müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA