qanun.info.az
qanun.info.az

Zaqatalada evində narkotik gizlədən keçmiş məhkum saxlanılıb

Zaqatalada evində narkotik gizlədən keçmiş məhkum saxlanılıb
22-11-2021, 12:24 20 dəfə baxılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə məhkumluq həyatı yaşayan şəhər sakini Şahin Osmanov saxlanılıb. Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirilən zaman yardımçı tikilidə gizlətdiyi qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Götürülmüş maddi sübut müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA