qanun.info.az
qanun.info.az

Keçmiş məhkumda qanunsuz silah aşkarlanıb

Keçmiş məhkumda qanunsuz silah aşkarlanıb
22-11-2021, 14:24 16 dəfə baxılıb

Hacıqabulda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı gödəkçəsinin altında gizlətdiyi lüləsi və qundağı kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

 

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA