qanun.info.az
qanun.info.az

Zaqatalada karantini pozan obyekt sahibi və toy təşkilatçısı cərimələnib

Zaqatalada karantini pozan obyekt sahibi və toy təşkilatçısı cərimələnib
23-11-2021, 11:54 28 dəfə baxılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı Uzunqazmalar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı 10 nəfərdən çox qonağın COVID-19 pasportu olmadığı üçün toy sahibi Mirzap Kaçiyev barəsində protokol tərtib edilib və o, 200 manat cərimələnib.

Digər bir qayda pozuntusu isə "Şam” restoranında keçirilən toy mərasimində qeydə alınıb. Belə ki, mərasim barədə məlumatların "icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkarlanıb və obyektin sahibi Əhməd Babayev inzibati məsuliyyətə cəlb edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA