qanun.info.az
qanun.info.az

7 il əvvəl qətl törədən dəstə üzvünün məhkəməsinin vaxtı məlum oldu

7 il əvvəl qətl törədən dəstə üzvünün məhkəməsinin vaxtı məlum oldu
23-11-2021, 12:08 27 dəfə baxılıb

Bakıda 7 il əvvəl qətl törətməkdə təqsirləndirilən dəstə üzvünün məhkəməsinin vaxtı məlum olub.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini Böyükağa Əliyevi qətlə yetirməkdə təqsirləndirilən, cinayətkar aləmin üzvü Muxtarov İbrahim Nadir oğlunun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Prosesə hakim Faiq Qəniyev sədrlik edəcək. İş üzrə məhkəmənin hazırlıq iclası dekabrın 2-nə təyin edilib.

 

Xatırladaq ki, İ.Muxtarov 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində Böyükağa Əliyevi qətlə yetirib.

Qətl hadisəsindən sonra İ.Muxtarov Azərbaycanı tərk etsə də, o bu il İnterpol xətti ilə tutularaq istintaq orqanına təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA