qanun.info.az
qanun.info.az

Bakı metrosunda qatar tuneldə dayandırılıb: qapıya müdaxilə olub

Bakı metrosunda qatar tuneldə dayandırılıb: qapıya müdaxilə olub
25-11-2021, 14:01 44 dəfə baxılıb

Səhər saatlarında metronun "Cəfər Cabbarlı” və "Şah İsmayıl Xətai” stansiyaları arasında hərəkət edən qatar tuneldə dayanıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov  açıqlamasında bildirib ki, buna səbəb qapılardan birinə müdaxilə edilməsi olub.

"Maşinistlər vaqonlardan birinin qapısının ətalətliyinin pozulması ilə bağlı siqnal alıblar. Təlimata uyğun olaraq qatar dayandırılıb. Ola bilər ki, sıxlıq olub və sərnişinlərin söykənməsi nəticəsində, yaxud vaqona minərkən paltarının qapı arasında qalması səbəbindən bu hal pozulub. Məsələ araşdırılır. Dayanma sadəcə 40-45 saniyə çəkib. "Bakı Metropoliteni”nin təlimatında göstərilib ki, 1 dəqiqəyə qədər yubanma olarsa, bu yubanma sayılmır. Yəni, onu kompensasiya etmək mümkündür”, - deyə qurum rəsmisi bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA