qanun.info.az
qanun.info.az

Ötən gün axtarışda olan 57 nəfər saxlanılıb

Ötən gün axtarışda olan 57 nəfər saxlanılıb
2-12-2021, 11:37 94 dəfə baxılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 43 cinayətin üstü "isti izlər”lə açılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA