qanun.info.az
qanun.info.az

Ağcabədidə ev yanıb, biri polis olmaqla ailənin üç üzvü yanaraq ölüb

Ağcabədidə ev yanıb, biri polis olmaqla ailənin üç üzvü yanaraq ölüb
2-12-2021, 11:40 96 dəfə baxılıb

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölməsinin maşını və əməkdaşları və FHN- Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb.

Bunlar 1990-cı il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, 10 aylıq oğlu Kərimov Pünhan Miri oğlu və 1994-cü il təvəllüdlü Kərimova Halə İsa qızıdır. Həlak olanlar bir ailənin üzvləridir. Kərimov Miri post patrul xidmətinin komandiridir.

Yanğın söndürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA