qanun.info.az
qanun.info.az

Hacıqabul rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb

Hacıqabul rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb
14-12-2021, 13:17 84 dəfə baxılıb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Famil Əsədovdan bir ədəd müvafiq sənədləri olmayan "Tula” markalı, qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA