qanun.info.az
qanun.info.az

Özlərini jurnalist kimi təqdim edib hədə-qorxu ilə vətəndaşların pulunu alanlar barəsində cinayət işi məhkəməyə göndərilib

Özlərini jurnalist kimi təqdim edib hədə-qorxu ilə vətəndaşların pulunu alanlar barəsində cinayət işi məhkəməyə göndərilib
14-12-2021, 13:41 94 dəfə baxılıb

Vətəndaşlara hədə-qorxu gələrək onların pul vəsaitlərini ələ keçirən "Ltv 7” internet kanalının əməkdaşları barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, "Ltv 7” xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloger Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olmuş müraciət üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmışdır.

İstintaq zamanı müəyyən olunmuşdur ki, Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edib 2021-ci il fevralın 13-də Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb etmişlər.
Eyni zamanda, Fazil Quliyevin bölgə müxbiri vəzifəsində işlədiyi "Ltv 7 xəbər” internet kanalının direktoru Ceyhun Şəmilov, həmin kanalın direktoru müavini vəzifəsində işləmiş Gülmirə Rəcəbova, müxbir vəzifələrində işləmiş Gülnarə Məmmədova, Sevil Mərəndski, operator vəzifəsində işləmiş Elnur Cəfərov, sürücü Sadiq Əlizadə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini jurnalist kimi təqdim edərək ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumatlar toplayıb, ictimaiyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyən edilmişdir.

Sevil Mərəndski, Gülnarə Məmmədova, Ceyhun Şəmilov, Vüsal Zeynalov, Fazil Quliyev, Gülmirə Rəcəbova, Elnur Cəfərov, Sadiq Əlizadə, İlham Novruzov və Rumayə Rzayeva Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilmişdir.

Hazırda cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA