qanun.info.az
qanun.info.az

Hacıqabulda qanunsuz ov edən üç nəfər saxlanılıb

Hacıqabulda qanunsuz ov edən üç nəfər saxlanılıb
16-12-2021, 10:52 97 dəfə baxılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə Göyçay rayon sakinləri – Xəyyam Hüseynov, Fərhad və Ağabala Musayevlər saxlanılıblar.

 

Onlardan 2 ədəd ov silahı, həmin silahlara aid 3 ədəd patron, 2 ədəd patron qatarı, ov üçün müxtəlif vasitələr və qanunsuz olaraq ovlanmış 8 ədəd dovşan aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA