qanun.info.az
qanun.info.az

Ötən gün 14 nəfər toya buraxılmayıb

Ötən gün 14 nəfər toya buraxılmayıb
15-01-2022, 11:00 66 dəfə baxılıb

Yanvarın 14-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 155 toy şənliyinin monitorinqini həyata keçirib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 153 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 14 nəfər "COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA