qanun.info.az
qanun.info.az

Bu il 70 milyon manatlıq narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb

Bu il 70 milyon manatlıq narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb
19-04-2022, 14:02 29 dəfə baxılıb

Сari ilin yanvar - mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2795 cinayət faktı aşkarlanıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-fevral-mart aylarının yekununa dair məlumatında deyilir.

Qeyd olunur ki, faktlardan 1010-u narkotik vasitələrin qanunsuz satışı, 1748-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 16-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 21-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 880 kq 475,692 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 081 kq 614,282 qr-nı heroin, 505 kq 478,298 qr-nı marixuana, 141 kq 094,393 qr-nı tiryək, 5 kq 039,161 qr-nı həşiş, 198,940 qr-nı kokain, 142 kq 797,821 qr-nı psixotrop maddələr, 4 kq 252,797 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 7286 ədəd metadon və 2524 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1732 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 32 nəfəri xarici ölkə vətəndaşıdır.

Onların 15-i İran İslam Respublikası, 8-i Rusiya Federasiyası, 5-i Türkiyə, 3-ü Gürcüstan, 1-Ukrayna vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 576 kq 277,504 qr müxtəlif növ narkotik vasitə, 17 kq 956,92 qr psixotrop maddələr və 1,125 qr güclü təsir edən maddə götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 55 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 765 kq 540,334 qr, 7286 ədəd həb müxtəlif növ narkotik vasitələr, 22 kq 399,27 qr psixotrop maddələr və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə çıxarılıb.

2022-ci ilin 3 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 880 kq 474,692 qr, narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 69 milyon 778 min AZN (41 milyon dollar) kimi qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA