Ötən gün Azərbaycanda yol qəzalarında 2 nəfər ölüb
Daxili İşlər Nazirliyi ötən gün baş verən yol qəzaları ilə bağlı məlumat yayıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.