qanun.info.az
qanun.info.az

Biləsuvarda ağır qəza, ölən və yaralananlar var

Biləsuvarda ağır qəza, ölən və yaralananlar var
28-04-2022, 14:40 24 dəfə baxılıb

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hadisə aprelin 27-də saat 11 radələrində Biləsuvar rayonunun Arazbari kəndi ərazisində baş verib.

İmişli rayon sakini A.Qəhrəmanov idarə etdiyi "Hyundai” markalı avtomobili qarşıda gedən Cəbrayıl rayon sakini V.Yunusovun idarə etdiyi "Mercedes” markalı avtomobilə vurub.

 

 

 

Nəticədə hər iki sürücü və V.Yunusovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sürəyya Hüseynova ölüb.

Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA