qanun.info.az
qanun.info.az

Qəbələdə qanunsuz ağac kəsənlərə cinayət işi açılıb

Qəbələdə qanunsuz ağac kəsənlərə cinayət işi açılıb
28-04-2022, 14:45 36 dəfə baxılıb

"Facebook” sosial şəbəkəsində "ecofront” adlı səhifədə Qəbələ rayonunun Məmmədağalı kəndində ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilib ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Yenikənd meşəbəyliyinin 11 saylı dolayının vəzifəli şəxslərinin Qəbələ rayonu Məmmədağalı kəndi ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan 55 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində 11 min manat məbləğində ziyan dəyməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olub.

 

 

 

Fakt üzrə Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması üçün Qəbələ rayon prokurorluğuna göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA