qanun.info.az
qanun.info.az

Ruhi xəstə Ağsu məktəbində bomba həyəcanı yaşadıb

Ruhi xəstə Ağsu məktəbində bomba həyəcanı yaşadıb
4-05-2022, 15:22 17 dəfə baxılıb

Ağsu rayonunda orta məktəblərin birində bomba həyəcanı yaşanıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 4-də saat 04.50-də DİN-in "102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs "Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu qapadıb.

Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Araşdırma aparılır.

 
 
Ads by 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA