qanun.info.az
qanun.info.az

Bayram günlərində 109 yanğına çıxış olub, 19 nəfər xilas edilib

Bayram günlərində 109 yanğına çıxış olub, 19 nəfər xilas edilib
4-05-2022, 15:28 16 dəfə baxılıb

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 109 yanğına çıxış, 17 köməksiz vəziyyətdə qalma və 2 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 7-si azyaşlı olmaqla 19 nəfər xilas edilib, yanğın zamanı 5 nəfər təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA