qanun.info.az
qanun.info.az

İntihar edən qızı tutmağa çalışan şəxsin xəsarətləri məlum oldu

İntihar edən qızı tutmağa çalışan şəxsin xəsarətləri məlum oldu
4-05-2022, 15:39 17 dəfə baxılıb

Bakıda binadan özünü ataraq intihar edən abuturiyenti xilas etməyə çalışan kişinin aldığı xəsarətlər məlum olub.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, intiharın qarşısını almağa cəhd edən 37 yaşlı Zahid Niyazov zərbədən ağır xəsarətlər alıb. Xəstəxanaya daxil olarkən onda sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması aşkarlanıb.

Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi ilə o özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilir.

Xatırladaq ki, mayın 3-ü saat 12 radələrində Bakı şəhər sakini, 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb.

 

Hadisə zamanı qız eyvanın altında dayanan, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb. Nəticədə X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA