qanun.info.az
qanun.info.az

FHN yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb

FHN yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb
4-05-2022, 15:42 18 dəfə baxılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşən "AzGerneft" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 və 3 nömrəli neft yığım məntəqələrində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- müəssisə normativ sənədlərin tələblərinə uyğun odsöndürənlərlə təchiz olunmayıb;

- istismar müddəti bitmiş ilkin yanğınsöndürmə vasitələri yenisi ilə əvəz edilməyib;

 

- neft çənlərinin ətrafındakı bəndlər norma və qaydaların tələblərinə uyğun quraşdırılmayıb;

- neft yığım məntəqələrində istismara yararsız neft çənləri əsaslı təmir olunmayıb və tənəffüs klapanları ilə təchiz edilməyib;

 

 

- korroziyaya uğramış hissələr bərpa edilməyib və günəş şüalarının təsirindən qorunmaq üçün açıq boya ilə yenidən rənglənməyib, norma və qaydaların tələblərinə uyğun vəziyyətə gətirilməyib;

- ərazi neft gölməçələri, quru ot və kol-kosdan, yanar tullantı materiallarından təmizlənməyib;

- çənlərin üstü və ətrafı neft məhsulundan təmizlənməyib.

Beləliklə, mövcud vəziyyətdə obyektin istismarının davam etdirilməsi orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəkdir.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, "Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş "AzGerneft” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 və 3 nömrəli neft yığım məntəqələrinin neft məhsulu saxlanılan 1, 3, 5, 7 nömrəli çənlərinin istismarının dayandırılması barədə Qərar qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA