Sabunçuda ev yanıb
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli evin mətbəxində 3 m² sahədə ev əşyaları və 1 ədəd kondisioner yanıb, yüksək temperaturdan 1 ədəd paltaryuyan maşın qarsalanıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.