Paytaxtda "Mitsubishi" yanıb
Bakı şəhərinin Qaradağ rayonunda "Mitsubishi” markalı minik avtomobilinin idarəetmə löhvəsi, mühərrik hissəsi və ön təkərləri yanıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb