qanun.info.az
qanun.info.az

Tovuzda 36 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Tovuzda 36 yaşlı kişi bıçaqlanaraq öldürülüb
6-05-2022, 12:09 16 dəfə baxılıb

Mayın 5-i saat 18 radələrində Tovuz rayonu, Əyyublu kənd sakini 1986-cı il təvəllüdlü Bəxtiyar Əkbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Tovuz rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Tural Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Əkbərovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Tural Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA