qanun.info.az
qanun.info.az

Həbsdəki bir il 10 ilə bərabər oldu - 2 milyon manatlıq oğurluq edən dəstə üzvü

Həbsdəki bir il 10 ilə bərabər oldu - 2 milyon manatlıq oğurluq edən dəstə üzvü
6-05-2022, 12:12 21 dəfə baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı edib.

Cavid Süleymanovun vəkilli çıxışında dövlət ittihamçısının müvəkkili barəsində tələb etdiyi cəzasının həddən artıq ağır olduğunu deyib. Müdafiəçi bildirib ki, Cavid Süleymanov ağır psixi xəstəlikdən əziyyət çəkir və cinayət törədən zaman da anlaqsız vəziyyətdə olub.

Daha sonra ittiham olunan Əhməd Əhmədov son söz deyərək məhkəmədən yüngül cəza təyin etməyi xahiş edib. O, cinayət işində sadəcə müşahidəçi olduğunu bildirib. Əhməd Əhmədov təcridxanada olduğu 1 ilin onun üçün 10 ilə bərabər olduğunu vurğulayıb.
Cavid Süleymanov son sözə hazır olmadığı üçün proses mayın 13-ə təxirə salınıb.

 

 

 

Xatırladaq ki, İttihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.
Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA