Bakıda polis bölməsinə gətirilən narkotik aludəçisi intihara cəhd etdi
Bakıda polis bölməsində intihara cəhd olub.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.
Sabunçu rayonu ərazisində şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilən 1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu özünü bölmənin ikinci mərtəbəsindən yerə atıb. T.Abbasov ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mtbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünə xəsarət yetirən şəxs narkotik aludəçisidir, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir.
"O qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir",- E.Hacıyev deyib.