qanun.info.az
qanun.info.az

Qəbələdə iki nəfəri öldürməyə cəhd edən şəxsin işi məhkəməyə göndərildi

Qəbələdə iki nəfəri öldürməyə cəhd edən şəxsin işi məhkəməyə göndərildi
11-05-2022, 11:32 18 dəfə baxılıb

Qəbələdə iki nəfəri öldürməyə cəhd edən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Qəbələ rayon prokurorluğundan verilən məlumata görə, 23 oktyabr 2021-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində Gülnarə Qəribovaya və dayısı oğlu Murad Musazadəyə bıçaqla xəsarətlər yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Aparılmış istintaqla Ağdaş rayon sakini Sədi Qəribovun qeyd edilən tarixdə Zarağan kəndində yaşayan qohumuna məxsus evdə bacısı Gülnarə Qəribova və dayısı oğlu Murad Musazadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

 

 

Sədi Qəribov Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA