Sumqayıtda şirkət əməkdaşlarını daşıyan avtobus aşdı, yeddi nəfər xəsarət aldı
Sumqayıt şəhərində şirkət işçilərini daşıyan avtobus qəzaya uğrayıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində baş verib.
Sumqayıt Texnologiyalar Parkına (STP) məxsus avtobus işçiləri işə apararkən yolda idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində avtobusda olan 7 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər təcili yardımla xəstəxanaya gətirilib.
Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, xəstəxanaya gətirilən 7 nəfərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
Xəsarət alanlar hamısı STP-nin əməkdaşları olub.