Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
Daxili İşlər Nazirliyi (DİN) həftəsonu baş verən yol qəzalarının sayını açıqlayıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın avtomobil yollarında iki gündə 5 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.