qanun.info.az
qanun.info.az

Ağdaşda 3 yaşlı uşağı ilan sancıb

Ağdaşda 3 yaşlı uşağı ilan sancıb
17-05-2022, 10:52 29 dəfə baxılıb

Ağdaş rayonunda 3 yaşlı uşağı ilan sancıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib.

O qeyd edib ki, hadisə rayon ərazisindəki taxıl sahələrinin birində baş verib. 2019-cu il təvəllüdlü Emin Niftəliyev bacısı ilə taxıl sahəsində oynayarkən onu qəfil ilan sancıb.

3 yaşlı körpə valideynlərinin köməyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına, oradan isə ağır vəziyyətdə Bakıya Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatı xilas edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA