Bakıda 5 kiloqram narkotik satarkən tutulan şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsi də təqsirləndirilən Səlim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S. Quliyev 6 il azadlıqdan məhrum edilib.
İttihama görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Maştağa qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Səlim Quliyev saxlanılıb.
Qəsəbə ərazisində yaşadığı evə baxış zamanı Səlim Quliyevə məxsus ümumi çəkisi 5 kiloqram 90 qram olan marixuana və elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi başlanıb.