qanun.info.az
qanun.info.az

Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub

Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
24-05-2022, 12:33 23 dəfə baxılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

Qeyd edilməlidir ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub.Bundan başqa onların arasında Vətən Müharibəsi qazilərinin olması isə təssüf doğuran haldır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA