qanun.info.az
qanun.info.az

Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən şəxslə bağlı Müdafiə Nazirliyindən açıqlama

Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən şəxslə bağlı Müdafiə Nazirliyindən açıqlama
24-05-2022, 12:47 28 dəfə baxılıb

Müdafiə Nazirliyi törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşan və hərbi qulluqçu olduğu qeyd edilən şəxslə bağlı açıqlama yayıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib.

Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.

Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycan Respublikasının qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA