qanun.info.az
qanun.info.az

Bakıda dönərxana və sex yandı

Bakıda dönərxana və sex yandı
25-05-2022, 11:36 27 dəfə baxılıb

Bakıda obyektdə yanğın olub.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı birmərtəbəli obyektin (təkər təmiri sexi və dönərxana) yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA