qanun.info.az
qanun.info.az

Şabranda 21 yaşlı gənc qətl törətdi

Şabranda 21 yaşlı gənc qətl törətdi
16-06-2022, 16:32 24 dəfə baxılıb

Şabran sakini küçədə qətlə yetirilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Şabran Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə iyun 15-i saat 23 radələrində baş verib. 1997-ci il təvəllüdlü Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 2001-ci il təvəllüdlü Teymur Cəfərzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Əliyevə çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA