Sumqayıtda yük avtomobili yanıb
Sumqayıtda "Qazel" markalı yük avtomobili yanıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yük avtomobilinin salonu, banına çəkilən tent və yük yerinə yığılan karton, plastik taralar yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.