ANAMA əməkdaşı Cəbrayılda minaya düşüb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən mina hadisəsi baş verib.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.
"2022-ci il 17 iyun tarixində Agentliyin əməkdaşı işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda deyilir.