Bakıda bank hesabından oğurluq edən şəxs tutulub
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini N.Əsgərovun bank hesabından 670 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Əzizli müəyyən edilərək saxlanılıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma aparılır.