qanun.info.az
qanun.info.az

Avtomobilin qapılarında xüsusi gizlədilmiş 10 mindən çox siqaret qutusu aşkarlandı

Avtomobilin qapılarında xüsusi gizlədilmiş 10 mindən çox siqaret qutusu aşkarlandı
17-06-2022, 12:12 19 dəfə baxılıb

Gürcüstandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn "İveco” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin üzərində daşınan iki ədəd " Toyota Camry" markalı avtomobilin qapılarında gömrük nəzarətindən gizlədilən 10320 ədəd "Parliament" və 21480 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA