qanun.info.az
qanun.info.az

Ağdamda avtoxuliqan həbs edilib

Ağdamda avtoxuliqan həbs edilib
21-06-2022, 13:56 18 dəfə baxılıb

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, ictimai qaydanı nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon sakini Nicat Mehdiyev idarə etdiyi "VAZ-21015” markalı avtomobillə xuliqanlıq etdiyinə görə saxlanılıb. Onun idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.

 

 

 

Polis əməkdaşları tərəfindən N.Mehdiyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA